Mingəçevirdə BƏDBƏXT HADİSƏ - 4 yaşlı uşaq yandı
Bizi izləyin

Hadisə

Mingəçevirdə BƏDBƏXT HADİSƏ - 4 yaşlı uşaq yandı

Bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq xəsarət alıb.

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə şəhərdə Dəmir-Beton Məmulatları zavodunun həyətində yerləşən məcburi köçkün Rahib Məmmədlinin müvəqqəti yaşadığı evdə qeydə alınıb.

Ehtiyatsızlıq nəticəsində ailənin 2014-cü il təvəllüdlü övladı Məmmədli Ömər Rahib oğlunun üzərinə yeməklə dolu qaynar qazan aşıb. Hadisə nəticəsində azyaşlı uşaq kürək və sarğı nahiyələrindən birinci dərəcəli yanıq xəsarətləri ilə Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirib. Uşaq təcili əməliyyat olunub.

Şöbədən verilən məlumata görə, xəstənin vəziyyəti kafidir. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm