Bakı-Quba yolunda AĞIR QƏZA: ölən var
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda AĞIR QƏZA: ölən var

"Shacman" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını toqquşub.

Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Müseyibov Fərid Cahangir oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb kimi VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi qeyd edilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm