Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - - FOTO/VİDEO

Evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb.

Sumqayıtda ev sahibəsinin keçmiş həyat yoldaşı ehtiyatsızlıqdan yanğın törədib.

Publika.az xəbər verir ki, Sədaqət Hüseynovaya məxsus birmərtəbəli 8 otaqdan ibarət yaşayış evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb.

Ev sahibəsinin bildirdiyinə görə, hadisəyə səbəb keçmiş həyat yoldaşının sərxoş vəziyyətdə evdə şam yandıraraq yatması olub. Yanan şam aşaraq yastığın üzərinə düşüb od oradan yayılmağa başlayıb. Sərxoş ər evi ağuşuna alan alova müdaxilə etmək əzmində olmayıb.

Sədaqət Hüseynova (ev yiyəsi) : "Oturmuşdum, qəflətən hay-küyə qaçdım. Pəncərədən alovu gödüm, alov püskürdü içəri. Çölə qaçıb hamıya hay saldım. Yanğını söndürəndə gördüm ki, heç nə qalmayıb. Evdən bir dənə də olsun çöp götürməmişik, hamısı külə döndü".

Daşqın Hüseynov (ev yiyəsinin keçmiş əri) : "Şam aşıb evi od tutub. Vəssalam. Axşam içkili olmuşam. Mən ömür boyu içkili oluram. Düzün danışacam. Ayıq olmuram. Nətərdi?! Davay dasvidaniya".

Hadisə ilə bağlı araşdırma aparılır. (ARB 24)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm