Gəncədə baş verən qəzada ölən məktəb müəlliməsidir (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Gəncədə baş verən qəzada ölən məktəb müəlliməsidir (YENİLƏNDİ)

Qadın hadisə yerində ölüb.

Gəncədə baş verən yol qəzasında ölən qadının kimliyi məlum olub.

Hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Hümbətov Vasifın idarə etdiyi “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən piyada, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızını vurub. Qadın hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Publika.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən piyada qadın “VAZ 21 015” markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm