Sabirabadda avtomobil at arabasını vurdu
Bizi izləyin

Hadisə

Sabirabadda avtomobil at arabasını vurdu

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Sabirabadda avtomobil at arabasını vurub, iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə 21.30 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

KİA markalı avtomobil at arabası ilə toqquşub. Nəticədə at arabası yolun kənarında duran iki nəfər kənd sakini - 1995-ci il təvəllüdlü Əkbərova Aynur Sərvər qızı və 1978-ci il təvəllüdlü Vahidov Ramin Bəybala oğlunu vurub. A.Əkbərova və R.Vahidov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm