FHN yataqxanadakı yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN yataqxanadakı yanğınla bağlı məlumat yaydı

Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm