Hadisə
Uşaq evində işgəncə verildiyi deyilən 18 yaşlı qızla bağlı HƏQİQƏT ÜZƏ ÇIXDI - VİDEO
Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı Ayselə işgəncə verilməsi barədə videogörüntülər yayılıb. Görüntüləri “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov yayıb. Uşaq evində onlara işgəncələr verildiyini deyən 18 yaşlı Aysel çubuq, taxta ilə döyüldüyünü iddia edib.
Publika.az-ın əməkdaşı məsələ ilə bağlı Uşaq evi ilə əlaqə saxlayıb. Uşaq evinin rəhbəri Mirvari xanım bu məsələyə münasibət bildirməkdən imtina etdi. Suallarımıza tabe olduqları qurumdan - İcra Hakimiyyətindən cavab ala biləcəyimizi dedi.
Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq və məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına məlumat verildiyini bildirildi. İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mayis Səlimov videogörütülərin yalan olduğunu dedi:
“Həmin görüntüləri çəkən Sahib Teymurov Uşaq evi rəhbərliyinin etimadından istifadə edərək bir neçə dəfə tədbirlərə qatılıb. Bu zaman da belə bir uydurma material hazırlayıb. Sahib Teymurov özü də bir vaxtlar həmin uşaq evində qalıb. Videoda danışan Aysel adlı qızı isə müxtəlif vasitələrlə şirnikləndirib, söhbət edib və planlı şəkildə belə bir video hazırlayıb. Qız hazırda uşaq evindədir və özü də bunu təsdiqləyib. Bu videonu hazırlamaqda məqsədi uşaq evinin müdirini şantaj etmək olub, məqsədinə çata bilməyəndə də məsələni ictimailəşdirib. Ötən gün bu barədə bütün məlumatlar hüquq-mühafizə orqanlarına verilib. Artıq polis və prokurorluqda iş aparılır”.
18 yaşlı qızın hansı əsasla şirnikləndirilməsinə gəldikdə, M.Səlimov Ayselin uşaq evindən çıxıb Bakıya getmək istədiyini və S.Teymurov da bu məsələdə ona dəstək olacağını deyərək aldadıb:
“Qız məktəbi bitirib, dövlət tərəfindən ona Bakıda ev verilib. Aysel Bakıya gedib, orada yaşamaq istədiyini deyib. Lakin tək və kimsəsiz olduğundan uşaq evindən onun getməsinə razı olmayıblar. Uşaq evindən düşünüblər ki, Bakıda tək yaşaması çətin olacaq. Həm də uşaqların 18 yaşı tamam olsa da, müəyyən müddət uşaq evində qalmaq hüquqları var. Söhbət əsnasında Sahib Teymurov qızın bu istəyini bilib və onu razı salıb ki, istədiklərini dediyi halda onun Bakıya getməsinə imkan yaradacaq. Məlum olub ki, o bir neçə dəfə orada uşaqlarla bu cür söhbət aparıb. Bəzi uşaqlara pul verəcəyini deyərək belə bir videoçəkiliş aparmağa cəhd edib, lakin uşaqlar razı olmayıblar. Lakin bu qız razı olub”.
18 yaşı tamam olan qızın uşaq evindən çıxıb getməsinə rəhbərlik
tərəfindən razılıq verilməməsini M.Səlimov bu cür əsaslandırdı: “18
yaşı tamam olsa da, o dövlət himayəsində olan uşaqdır. İstədiyini
qədər orada qala bilər. Lakin istəyinə görə də kimsəsiz bir qızı
oradan buraxa bilmərik. Əvvəlcə sənət öyrənsin, özünü idarə etmək
üçün düşüncə səviyyəsinə çatsın ki, onun Bakıda yaşamasına icazə
verilsin. Bu cür şirnikləndirməyə razı olması isə onun sərbəst
həyata hazır olmadığını göstərir. İndi qız sənət öyrənmək üçün
yönləndirilib. Dövlət himayəsində qalmaq onun üçün pis bir hal
deyil”.
M.Səlimov Ayselin bundan sonrakı taleyinin necə olacağının
araşdırmanın nəticəsindən sonra bəlli olacağını dedi.
Gülxar
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO