Hadisə
14 ildir qızını axtaran ata prezidentə yalvardı – FOTO - VİDEO
Bodrum sakini Mustafa Yılmaz boşandıqdan sonra həyat yoldaşı tərəfindən ABŞ-a qaçırılan qızını tapmaq üçün Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Trampdan yardım istəyib.
Publika.az xəbər verir ki, Mustafa 14 ildir üzünü görmədiyi qızını tapmaq üçün Atalar günündə 11 yaşlı oğlu ilə birlikdə aksiya keçirib.
“Atan səni axtarır” və “Aylin Yılmaz, haradasan?” pankartları açan ata və oğulun aksiyasına yerli və xarici turistlər də biganə qalmayıblar.
Sonuncu dəfə qızını 1 yaşında görən Mustafa “bütün ataların və uşaqların bayramını təbrik edirəm. 14 ildir hər Atalar gününü həsrətlə, səsimi eşitdirəcəyim ümidilə aksiyalar keçirirəm. Bütün hüquqi yolları sınadım, ancaq heç bir nəticə ala bilmədim. Qızım anası tərəfindən Amerikaya qaçırıldı. Buradan prezidentim Rəcəb Tayyib Ərdoğana və ABŞ prezidenti Donald Trampa səslənirəm. Onlar da atadır. Onların da uşaqları var. Mənim hisslərimi mütləq başa düşəcəklər. Verəcəkləri kiçik bir təlimat ilə qızımı tapa bilərlər” açıqlamasını verib.
Mustafa Yılmaz qızını tapana qədər aksiyalarını davam etdirəcəyini bildirib.
Zümrüd
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ