Göyçayda zəncirvari qəza baş verdi
Bizi izləyin

Hadisə

Göyçayda zəncirvari qəza baş verdi

Göyçay şəhərində 3 minik avtomobili toqquşub.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol ayrıcında “Mercedes”, “VAZ 2107” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm