Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi
Bizi izləyin

Hadisə

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

Bakı və Biləsuvarda mənzildən oğurluq edən şəxslər saxlanılıb.

Publika.az DİN-ə istinadən xəbər verir ki, Xətai rayon 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Arif Sadıqov və Zamiq Məhərrəmov saxlanılıblar.

Hər bir faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm