Hadisə
Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT
Moskvada bir neçə "qanuni oğru” saxlanılıb.
Lent.az-ın yerli KİV- istinadən məlumatına görə, "Merani” restoranında əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritetlərin "sxodka”sının qarşısını alıblar. "Sxodka”ya yığışanlar Rusiyanın ən böyük şəhərlərindən birinə nəzarətçi ("smotryayuşi”) təyin etməliydilər.
Məlumata görə, saxlanılanların sayı 11 nəfərdir. Onların arasında Kaxa Qalski və Qudja Kutaisski kimi nüfuzlu "qanuni oğrular” da var. Avtoritetlə Novosibirskə Paşa Beşenni ləqəbli Pavel Brusentsevi nəzarətçi təyin etməliydilər.
Pavel Brusentsev Antip ləqəbli "qanuni oğru”yla yaxınlığı ilə tanınır. Məhz o və Antip bir qədər əvvəl Novosibirskdə azərbaycanlı avtoritet Kənan Cəlilovu həbsxanada ölümcül döydürmüşdülər. Cəlilov Novosibirskdə heç kimlə hesablaşmayan avtoritet kimi tanınırdı. Bir neçən maddəylə həbsdə yatsa da yenə də şəhərdəki əksər ticarət nöqtələrinə nəzarət edirdi. O vaxt təcridxana rəisinə külli miqdarda rüşvət verən Beşenni və Antip 10 nəfərdən çox məhbusun Cəlilovun kamerasına soxularaq, onu ölümcül döyməsinə nail olmuşdular. Cəlilov bir neçə gün koma vəziyyətində olsa da, həkimlərin səyi ilə ölümdən dönmüşdü. O, hazırda azadlıqdadır və əlil arabasında gəzir. Məlumata görə, Cəlilov hələ də Novosibirskdə söz sahibidir.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO