Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutuldu
Bizi izləyin

Hadisə

Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutuldu

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutulub.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyulun 28-də saat 4.00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini olan qadın E.U-nı döyüb, içərisində 100 manatı, kosmetik əşyaları olan çantansını və mobil telefonunu alıb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məhərrəmov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm