“Bizim Market”dən 2 milyon manatlıq oğurluq edən ana və oğula HÖKM OXUNDU
Bizi izləyin

Hadisə

“Bizim Market”dən 2 milyon manatlıq oğurluq edən ana və oğula HÖKM OXUNDU

“Bizim Market” mağazalar şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sahib Quliyev 11 il və Həcər Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sahib Quliyev və onun anası Həcər Quliyeva “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq ediblər. Sahib Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.

Rasim Salmanovun şikayət ərizəsində yazıb ki, Sahib Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində Sahib Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir.

Məlumat üçün bildirək ki, “Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub. Rasim Salmanov iddia edir ki, Sahib Quliyev bundan istifadə edərək külli miqdarda pulu ələ keçirib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm