Biləsuvarda yol qəzası: xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Biləsuvarda yol qəzası: xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən avtomobil yaxınlıqdakı arxa düşüb. Hadisə nəticəsində sürücü ağır, onun iki sərnişini isə yüngül xəsarət alıblar.

Avtomobildəki yaralılar hadisə yerində olan şahidlər tərəfindən sudan çıxarılıblar. Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm