Hadisə
Zaqatalada AĞIR YOL QƏZASI: Yaralılardan biri öldü (YENİLƏNDİ)
Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölənin adları məlum olub.
"Report" xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.
Belə ki, "VAZ-2109" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Qulu Ağabala oğlu Raziyev, 1976-cı il təvəllüdlü Anar Tofiq oğlu Haciabdulhəlimzadə və rayonun Yuxari Tala kənd sakini, 1991-ci il təvəllüdlü Rəsul Qurban oğlu Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Qulu Raziyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya yerləşdirildikdən bir neçə dəqiqə sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Zaqatalada baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, avqustun 4-ü axşam saat 23 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində “VAZ 2109” markalı 62 BX 341 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ 2106” markalı 08 BA 258 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəzadan sonra üç nəfər xəsarət alan rayon sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Zaqatala MRX-dan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər iki yaralının vəziyyəti isə qənaətbəxşdir.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."