Bakıda kafedə kütləvi dava: ölən və xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Bakıda kafedə kütləvi dava: ölən və xəsarət alanlar var

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Bakıda qətl törədilib.

Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm