Hadisə
Gömrükdə 50 min siqaret müsadirə edildi
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.
Dərhal Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Əsədov Yunsur İnsaf oğlunun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub.
Yükə gömrük baxışı keçirilməsi məqsədilə Əsədov Yunsur İnsaf oğlu Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı avtomobilin yük yerindəki 3 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 000 siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO