Azərbaycanlı qanuni oğru Abxaziyada güllələndi
Bizi izləyin

Hadisə

Azərbaycanlı qanuni oğru Abxaziyada güllələndi

Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı qanuni oğru, kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov güllələnib.

Məlumata görə, Rəşad Gəncinski və Roma Stavropolski “Lotu Quli”nin tapşırığı ilə Abxaziyaya gəliblər. Qudaut “oğru”ları ilə görüş əvvəlcədən planlaşdırılmadığı üçün onlar çağırılmamış qonaqlara müdaxilə ediblər. Tərəflər arasında dava-dalaş düşüb. Əlbəyaxa qarşıdurmada atletik bədəni ilə seçilən Roma Stavropolski daha çox adam döyüb. Lakin, bir qədər sonra “Piza” özündə güc taparaq silahına əl atıb və Rəşad Gəncinskini vurub.

Qeyd edək ki, Rəşad Gəncinski və Roma Stavropolskinin adı Rövşən Lənkəranskinin öldürülməsində də hallanır.

Məlumata görə, Rəşad Abxaziyaya Lotu Quli tərəfindən xüsusi missiya ilə göndərilibmiş. (avrasiya.net)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm