Dənizdə batmaq təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib
Bizi izləyin

Hadisə

Dənizdə batmaq təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda dörd nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 11:00-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm