Meşədə 25 yaşlı qız tapdı, DƏHŞƏTƏ GƏLDİ: Çılpaq, bədəni dişlək-dişlək - FOTOLAR/VİDEO
Bizi izləyin

Hadisə

Meşədə 25 yaşlı qız tapdı, DƏHŞƏTƏ GƏLDİ: Çılpaq, bədəni dişlək-dişlək - FOTOLAR/VİDEO

1 ay idi Alabamanın cəngəlliklərində itkin düşən 25 yaşlı Lizanın axtarışları gedirdi. Bütün ümidlərin öldüyü vaxtda qızı tapa bildilər. Xeyli xəsarət alsa da, sağ idi.

Qorxulu, vəhşi, zəhərli heyvanlarla dolu meşədə Lizanın 28 gün sağ qala bilməsi tam bir möcüzədir. Yerli polislər hadisəni başqa cür adlandırmırlar, məhz möcüzə…

Publika.az dailymail.co.uk saytına istinadən 1 həftədir internetin ən geniş müzakirə olunan mövzusunu oxucuların diqqətinə çatdırır.

Qızı tapan şəxsin adı Djudi Qarnerdir. O, şənbə axşamı şosse ilə gedərkən, yolun bir qədər meşəyə tərəf olan hissəsində tərpəniş sezir. Djudi əvvəlcə düşünür ki, gördüyü, hansısa bir vəhşi heyvan, ya da maraldır. Hansısa hiss onu avtomobili dayandırmağa və yaxından baxmağa məcbur edir. Gördüklərindən dəhşətə gəlir. Qarşısındakı maral deyildi. Çılpaq, bədəni çapıqlarla dolu, dişlək-dişlək olmuş, hər yeri pörtmış gənc qız idi.

Tamamilə əldən düşmüş və mənəvi sarsıntı içində olan Liza yalvararaq tanımadığı bu şəxsdən onu xilas etməsini istəyirdi.

"Əsməyə başladım, ağladım, çox qorxurdum. Belə vəziyyətdə nə edəcəyimi bilmirdim. Qızdan olduğu yerdə qalmağını xahiş edərək, dedim ki, ona maşından bir az su gətirəcəyəm. Avtomobilə tərəf gedib, oradan polisə zəng vurdum və hadisəni onlara danışdım", - deyə Djudi xatırlayır.

Təxminən 1 ay bundan əvvəl itkin düşən qızın adı Liza Terisdir (Lisa Theris). 23 iyulda 2 kişidən canını qurtarmaq üçün meşəyə tərəf qaçan Lizadan sonradan xəbər çıxmayıb. Menli və Rendal adlı 2 şəxsi hadisədən 2 həftə sonra polis həbs edir və məhz onlardan Lizanı harada axtarmalı olduqlarını soruşurlar. Menli və Rendalın dediyinə görə, onlar yük maşınında meşəbəyinin daxmasına gedirlərmiş. Məqsədləri oranı qarət etmək olub. Daxmaya soxularaq təxminən 50 min dollar məbləğində əmlakı oğurlayırlar.

Dindirmə zamanı, hər iki şəxs bildirib ki, qarət zamanı Liza onlarla olmayıb, çünki dostlarının məkrli planı haqqında biləndə, o, əsəbiləşərək avtomobildən sıçrayıb və meşənin dərinliklərinə tərəf qaçıb:

“Oğurluq onu çox qorxudurdu və o, bizi fikrimizdən daşındırmağa çalışırdı”.

Meşəni heç tanımayan qız, təbii ki, tezliklə azacaqdı, çünki Alabama meşələri çox sıxdır. Burada cığırlar az, vəhşi heyvanlar çox olur. Polis düşünür ki, qız uzun müddət dairəvi irəliləyib, məhz buna görə də yola gec çatıb. Hər şeyə rəğmən, ən valehedici fakt budur ki, o, sağ qalıb.

Alabama zəhərli ilanların və hörümçəklərin çox olması ilə məşhurdur. Bu meşələrdə hətta zəhərli tırtıllar və qarışqalar yaşayırlar. Bundan başqa, bu yerdə çay yoxdur, deməli içməli su da ciddi problemdir. Bu səbəbdən polislər üçün Lizanı 3 həftədən sonra sağ görmək əsl şok idi.

"Mən 15 illik polis təcrübəmdə ən müxtəlif qəribəliklər görmüşəm. Amma bu hadisənin oxşarını heç vaxt görməmişəm. Bu ağlasığmazdır, əsl möcüzədir!, - yerli dairəyə xidmət edən serjant Çad Folkner danışır - “Lizanın iradəsinin gücünə heyran qaldım, onun sağ qalmaq eşqi sadəcə inanılmazdır. Hətta heç bir filmdə belə, oxşar hadisəyə rast gəlmirik. Bu, yazıçıların fantaziyasından da üstün hadisədir. Mənim "möcüzə" sözünü hər dəqiqə istifadə etmək xoşuma gəlmir, amma olanlara başqa söz tapa bilmirəm".

Djudinin polisə xəbər verməsindən dərhal sonra polislər gələrək, Lizanı ən yaxın xəstəxanaya çatdırırlar, az sonra isə onu ailəsinə təhvil verirlər. Həkimlər inandırırlar ki, Lizanın bədənindəki yaraları onun həyatı üçün təhlükləi deyil. Amma ümumi vəziyyəti, əlbəttə ki, ürəkaçan adlandırmaq olmaz. Xüsusilə onun mənəvi vəziyyəti. Bir faktı da nəzərinizə çatdıraq ki, bu 3 həftə ərzində Liza 22 kiloqram arıqlayıb, çünki bütün bu vaxt ərzində o, yalnız giləmeyvələr, yarpaqlar, göbələklərlə qidalanıb və gölməçələrdən çirkli su içib.

"O çox tükənmiş, zəifləmiş vəziyyətdədir”, - Lizanın bacısı danışır - “üzərində heç 1 santimetr yer yoxdur ki, sıyrıqlar, dişləmələr və ya sancmalar olmasın. Amma o, dözür, həmişəki kimi zarafat edir. Hamımız anlayırıq ki, indi yaraları təzədir, növbəti həftələr çox ağır olacaq".

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm