Bakı bağçasında uşaqların gözü önündə DƏHŞƏTLİ OLAY
Bizi izləyin

Hadisə

Bakı bağçasında uşaqların gözü önündə DƏHŞƏTLİ OLAY

Bakıda 98 saylı uşaq bağçasında tərbiyəçi dünyasını dəyişib.

Bağçadan Publika.az-a bildiriblər ki, müəllimə Nərgiz Qasımova ürək tutmasından ölüb.

Hadisə sentyabrın 5-də bayram tətilindən sonra ilk iş günündə yaşanıb. N.Qasımova işə gələndə özünü narahat hiss etdiyini deyib. Onun ürəyi xəstə olub, infarkt da keçirib.

Günorta saatlarında uşaqlara yemək verərkən, qəfildən ürəyi tutub. Müəllimlər ona ilkin yardım göstəriblər. Təcili yardım da çağrılıb. Lakin N.Qasımovanın həyatını xilas etmək mümkün olmayıb.

Bağçadan bildirilib ki, N.Qasımovanın halı pisləşəndə uşaqlar otaqda olsa da, heç bir narahatlıq yaşanmayıb. Müəllimlər uşaqları digər otaqlara aparıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm