• USD 1,7000 0,00% EUR 1,9349 +0,49%
    • GBP 2,1620 +0,12% RUB 0,0253 -0,79%

VƏHŞƏT: cihad etdiyini deyərək 5 ailə üzvünü GÜLLƏLƏDİ, SONRA... - FOTO

  • Hadisə
  • 9 Sentyabr 2017 10:20
  • 533 Baxış
VƏHŞƏT: cihad etdiyini deyərək 5 ailə üzvünü GÜLLƏLƏDİ, SONRA... - FOTO

Türkiyənin Muş vilayətinin Sungu mahalında dəhşətli ailə faciəsi baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Muş Şəkər Zavodunda mühafizəçi işləyən 30 yaşındakı Mehmetcan Aykan 5 nəfəri tapança ilə öldürüb.

Xəbərə görə, iş yerindən siqaret almaq adı ilə çıxan Aykan qardaşı ilə birlikdə yaşadığı 2 mərtəbəli evə gəlib. Əvvəlcə üst mərtəbəyə qalxan Aykan həyat yoldaşı Aytən, oğlu Muşap və bacısı Sultan Aykana atəş açır. Evdən çıxarkən isə aşağı mərtəbədəki qardaşının arvadı Vacidə Aykanı öldürür.

Bundan sonra isə evindən təxminən 500 metr aralıda yerləşən əmisi oğlu Məhərrəm Aykanın evinə gedir. Əmisi oğlunun həyat yoldaşı Besra Aykanı ərinin gözləri qarşısında vurur. Bundan sonra Məhərrəm Aykana tuşlanan silahın tətiyi çəkilsə də atəş açılmır. Əmisi oğlu ilə əlbəyaxa zamanı silahını itirən Mehmetcan Aykan qaçmağa məcbur olur. Hazırda jandarm qüvvələri onun axtarışının davam etdirir.

Şübhəlinin 4 uşaq atası olduğu bildirilir. Hadisə zamanı Mehmetcan Aykanın evində olan anası Gülpaşa Özdemirin sözlərinə görə, 4,5, 7 və 10 yaşlarında uşaqları otaqdan çıxmadığı üçün ölümdən xilas olub.

Mehmetcan 1,5 ildir narkotik maddələrdən istifadə edirdi. Məlumata görə, o evə gələrkən zəng edərək “hamınızı öldürmək üçün gəlirəm” deyib.

O, hadisədən bir gün əvvəl Feysbukda “Bizə Allahdan qorxmağı öyrətdilər” və “Cihad qiyamətə qədər davam edəcək bir fərzdir” kimi statuslar yazıb. Mehmetcan Aykan həmçinin uşaqlarının əlinə verdiyi oyuncaq tapanca ilə çəkdirdiyi fotoşəkli Feysbuk səhifəsində paylaşıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>