Maşallah Əhmədov azadlığa buraxıldı
Bizi izləyin

Hadisə

Maşallah Əhmədov azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov bildirib.

O qeyd edib ki, atası oktyabrın 7-də sərbəst buraxılıb.

İttihama görə, Maşallah Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib. Maşallah Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm