Hadisə
Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirildi
Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini Ruhanə Quliyeva metronun “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov saxlanılıb.
Ətrafında aparılmış araşdırmalar zamanı məlum olub K. İsmayılov bu əməli bir neçə nəfərlə həyata keçirib. Videogörüntülərin köməkliyi ilə dəstənin digər üzvləri-əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşlar - Nizami rayon sakini Hikmət Yusubov, Bərdə rayon sakini Fəqan Qafarov və dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev tutulublar.
Təqsirləndirilən şəxslərin ətrafında aparılan araşdırmalar zamanı o da məlum olub ki, onlar ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər.
Metropolitendə Polis Şöbəsinin rəhbərliyi metrodan istifadə edən bütün sərnişinlərə ayıq-sayıq olmağı, əmlaklarına qarşı laqeydlik nümayiş etdirməməyi və hər hansı bir neqativ hal gördükdə, dərhal polisə müraciət etməyi xahiş edir. Şəkillərdəki şəxslərin
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu