Lənkəranda 4 otaqlı ev kül oldu
Bizi izləyin

Hadisə

Lənkəranda 4 otaqlı ev kül oldu

Lənkəranda yaşayış evi yanıb.

Publika.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1973-cü il təvəllüdlü Ənvər Əmən oğlu Xosrovova məxsus yaşayış evində yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Ümumi sahəsi 120 m2 olan dördotaqlı birmərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın başlayan zaman evdə ailə üzvlərindən heç kim olmadığından hadisədən gec xəbər tutulub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm