Bakıda tələbələr arasında DAVA, SAXLANILAN VAR
Bizi izləyin

Hadisə

Bakıda tələbələr arasında DAVA, SAXLANILAN VAR

Bu gün Azərbaycan Koorperasiya Universitetinin tələbələri arasında dava olub. Görüntülər ölkə.az saytı tərəfindən yayılıb.

Bu barədə Publika.az-a açıqlama verən universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov hadisənin universitetdən kənarda dalaşdıqlarını bildirib:

“Universitetinin birinci kurs tələbələri universitetdən kənarda mübahisə ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda polis əməkdaşları olub və davaya müdaxilə edib. Universitet tələbələrindən biri Nərimanov polisi tərəfindən saxlanılıb. Lakin bir daha qeyd edirəm ki, hadisə dərs zamanı və ya universitet daxilində baş verməyib. Sadəcə məlumat mətbuatda şişirdilmiş formada təqdim edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm