
Bu gün axşam saatlarında Şirvan şəhərində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman "Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlunu vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. Qeyd edək ki, 1956-cı il təvəllüdlü S. Məmmədli uzun illər ölkənin bir çox tanınmış mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Bu illər ərzində çoxsaylı diplom və mükafatlara layiq görülüb.