Bakıda soyğunçu yeniyetmələr həbs edildi
Bizi izləyin

Hadisə

Bakıda soyğunçu yeniyetmələr həbs edildi

Bakının Nərimanov rayonunda soyğunçuluq baş verib.

Publika.az xəbər verir ki, üç nəfər naməlum şəxs Bakı şəhər sakini olan bir qadının mobil telefonunu alıblar.

Qadın baş verən hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 yeniyetmə həbs edilib.

Saxlanılan şəxslər biri Bakı, digər iki nəfər isə Yevlax və Yardımlı rayon sakinləridir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm