FHN Ağcabədidəki partlayışla bağlı məlumat yaydı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN Ağcabədidəki partlayışla bağlı məlumat yaydı (YENİLƏNDİ)

FHN Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 m2 olan operator otağının dam örtüyü qismən yanıb.

Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılıb. İlkin məlumata görə, 1 nəfər - 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

***

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

Publika.az xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm