Polisə küçədə itlər hücum etdi, ayağını... - BAKIDA
Bizi izləyin

Hadisə

Polisə küçədə itlər hücum etdi, ayağını... - BAKIDA

Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.

Hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.

Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm