Bakıda ər arvadının qanını tökdü
Bizi izləyin

Hadisə

Bakıda ər arvadının qanını tökdü

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində 1987-ci il təvəllüdlü Nübar Aslanova yaşadığı evdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, Nübar Aslanova həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi bıçağa əl atıb və nəticədə qanlı olay baş verib.

Məlum olub ki, ərlə arvad arasımda tez-tez mübahisə baş verirmiş, kişi hər gün qadını döyürmüş.

Onların birgə nikahlarından iki övladı var. Cinayəti törədən kişinin içki düşkünü olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm