Hadisə
Bakı metrosunda təhlükəli anlar - - VİDEO
"Qarabağ”-"Çelsi” oyunundan dönən azərkeşlər metorda həyəcanlı anlar yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib.
Publika.az xəbər verir ki, hadisə şahidi Cavid Cavadovun Bizimyol.info-ya verdiyi məlumata görə, vaqonun qapısı açıq ola-ola qatar hərkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, dünən gecə bu hadisənin "İçərişəhər”-"Həzi Aslanov” istiqamətində 10 saylı marşrut üzrə hərəkət edən qatarda baş verdiyi aydın olub:
"Hazırda məsələ araşdırılır. Aydın görünür ki, qatarın qapısında nasazlıq olub. Çünki qatarın son vaqonunun sadəcə qon qapısı açıq qalıb. Qalan bütün qapılar bağlı olub. Əslində təlimat var ki, qatar tuneldə hərəkətdə olarkən maşinistin qatarı saxlamağına qəti yol verilmir. Yəni qapıda problem olanda belə qatar növbəti stansiyaya qədər hərəkət etməlidir. Həmin stansiyada əgər nasazlıq aradan qaldırılırsa, qatar hərəkətini davam etdirə bilər. Əks halda sərnişinlər boşaldılmalı və qatar xətdən çıxarılmalıdır. Hazırda hadisənin baş vermə səbəbləri və ondan sonrakı hərəkətlər araşdırılır”.
-
Magazin121:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı