Hadisə
Rəisin intim videosu, şantaj tələsinə salınanlar və... - Habil Vəliyevin dəhşətli əməlləri ÜZƏ ÇIXDI
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə zərərçəkmiş Rasim Bağırov bildirib ki, o, “Qarasu” əməliyyat şirkətində mexaniki-hasilat şöbəsinin rəisi vəzifəsində işləyir. Onun sözlərinə görə, 2 dekabr 2014-cü ildə, səhər saat 11-də təxminən 10 il olar ki, tanıdığı X.M. adlı qadın zəng edərək onunla birlikdə tanışı H.M.-in evində görüşüb. H.M. öz mobil telefon vasitəsi ilə onların intim münasibətlərini çəkib, daha sonra özü də onlara qoşulub.
Zərərçəkənin ifadəsindən məlum olur ki, həmin intim görüntülərin reket-jurnalistlərin əlinə keçməsindən cəmi 17 gün sonra xəbər tutub: “Şirvanda jurnalist kimi fəaliyyət göstərən Ravil Hüseynov qaynım vasitəsilə mənə məlumat çatdırıb. Mən də həmin reketlə görüşdüm, videogörüntülərin silinməsi üçün onunla danışıqlar apardım. Amma Ravil Hüseynov dedi ki, məsələ onluq deyil, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevdən asılıdır”.
Rasim Bağırovun ifadəsinə görə, Ravil Hüseynovun yanında Habil Vəliyevlə danışır, onların görüşünü razılaşdırıb: “Dekabrın 20-də Ravil Hüseynovla Bakı şəhərinə gəldik, Habilin 9-cu mikrorayon ərazisində yerləşən ofisində onunla görüşdük. Habil Vəliyev seks görüntülərinin yayılmamasının əvəzində məndən 20 min manat pul tələb etdi. Nəhayət, danışıqlar aparandan sonra 7 min manata razılaşdıq. Pulun 1600 manatını dərhal verdim, bir neçə gün sonra isə daha 5 min manat düzəldərək Ravil Hüseynovun vasitəsilə Habil Vəliyevə göndərdim”.
Zərərçəkmişin sözlərinə görə, buna baxmayaraq 2015-ci ilin əvvəllərində yenə də ayrı-ayrı reket saytlarda “Qarasu Oil” şirkətinin vəzifəli şəxsinin barəsində həmin intim görüntülərdən bəhs edən eyni məzmunlu məqalələr dərc olunub, məqalələrin altında “Habil Vəliyev” imzası olub. Rasim Bağırov növbəti dəfə Habil Vəliyevlə görüşüb və buna görə izahat istəyəndə isə baş redaktor “saytda texniki nasazlıq yaranıb” deyib: “Həmin görüşdə Habil Vəliyevə daha 300 manat verdim ki, mövzunu birdəfəlik bağlasın”.
Zərərçəkmişin sözlərinə görə, lakin mövzu Habil Vəliyev tərəfindən bağlanmayıb. Zərərçəkən deyib ki, aradan bir neçə gün keçmiş eyni məzmunlu məqalə yenidən dərc olunub: “Mən də Habil Vəliyevlə görüşərək 200 manat verdim və xahiş etdim ki, bir daha belə məqalələr dərc olunmasın. Buna baxmayaraq şantaj prosesi fasilələrlə həmin ilin yayına qədə davam etdi. Hər dəfə şantajçıya pul vermişəm, yaxamı ondan qurtarmağa çalışmışam”.
Rasim Bağırov qeyd edib ki, dəymiş zərər ödənilib: “Heç bir şikayətim tələbim yoxdur”.
Fuad Məmmədov da zərərşəkmiş şəxs qismində tanınıb. O bildirib ki, Habil Vəliyev onun barəsində qəzetdə yazıb: “Barəmdə rüsvayedici, əxlaqsız şeylər yazmışdı. Bir nəfərə 2 min manat pul verdim ki, Habilə çatdırsın”.
Zərərçəkmiş şəxs Habil Vəliyevlə barışıq əldə etdiyi deyib: “Pulum ödənilib. Heç bir şikayət və tələbim yoxdur”.
Zərərçəkmiş şəxs qismində Xəyyam Həsənov da qeyd edib ki, çalışdırığı obyektlərlə bağlı Habil Vəliyev qəzetində yazı yazdırıb: “Əhmədlidə obeyktim vardı. Yazılar gedirdi. Adam tapdım ki, bu yazıların qarşısını alım. Bir nəfərdən iki min manat göndərdim. Habil Vəliyevin üzünü görməmişəm, nə də danışmamışam, amma pulu göndərəndəb sonra yazılar dayandı”.
Zərərçəkmiş şəxs bildirib ki, Habil Vəliyevin bacısı oğlu dəymiş zərəri ödəyib: “Heç bir şikayətim, tələbim yoxdur. Barışıq əldə etmişik. Allah qapısını açsın”.
Qabil Hüseynov da zərərçəkmiş şəxs qismində tanınıb. O deyib ki, Habil Vəliyevə 43 min manat pul verib: “Obyekt işlədirdim. “Gündəlik Bakı” qəzetində yazılar yazılırdı. Barəmdə rüsvayedici məlumatlar verilirdi. Özüylə danışıdıq. Toplu halda və hissə-hissə ona pullar verdim. Bir neçə dəfə özünə, bir dəfə də köməkçisinə pul vermişəm. İndi zərər tam ödənilib. Şikayətim yoxdur”.
Zərərçəkmiş Nofel Musayev bildirib ki, hotel işlətdiyi üçün Habil Vəliyevə 3 min manat verib: “Qəzetində hoteli əxlaqsız yuvası kimi təqdim edirdi. Danışdım, yazını çıxarması üçün 3 min manat verdim. Tutulandan sonra pul mənə ödənildi. Şikayətim tələbim yoxdur”.
Növbəti proses yanvarın 30-da davam edəcək.
İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.
Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.
Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.
Hacı Zeynalov
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO