Hadisə
Bakıda sərnişin avtobusu qəzaya düşdü
Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, avtoqəza Zığ şossesində qeydə alınıb.
Belə ki, Rüstəmov Kənan Vaqif oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə Hövsan qəsəbəsindən Nobel prospekti istiqamətində hərəkətdə olan zaman avtomobilin təkərində nasazlıq yaranıb. Sürücü avtomobili yolun sağ hissəsində saxlamaq istəyərkən Muxtarov Baba Adil oğlunun 132 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu zərblə ona çırpılıb. Zərbənin təsirindən minik maşınına ziyan dəysə də, xəsarət alan olmayıb.
Yol qəzasının təfərrüatlarını Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişləri araşdırır.
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı