Keçmiş məhkumlar Şamaxıda EVƏ BASQIN ETDİ, ər və arvadı bağladı, sonra... - ŞOK OLAY
Bizi izləyin

Hadisə

Keçmiş məhkumlar Şamaxıda EVƏ BASQIN ETDİ, ər və arvadı bağladı, sonra... - ŞOK OLAY

Ötən gecə Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evinə 4 nəfər maskalı şəxs girib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Məlumatda bildirilib ki, maskalı şəxslər gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girərək, onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq döyüblər. Onlar oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparıblar.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin şəxslərdən 3-ü “isti izlər”lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb.

Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olmaları müəyyən edilib.

Faktla əlaqədar Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm