Hadisə
Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər İFŞA OLUNDU: 15 nəfər saxlanıldı
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və 1 nəfər Hindistan Respublikası vətəndaşı saxlanılıb.
DMX-dən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün DMX tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Federasiyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.
Digər şəxs - “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.
N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etmyib.
Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əldə edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çevirib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr yaratdığı müyyən olunub.
Beləliklə Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların küllü miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zərərsizləşdirilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?