Hadisə
Şəkidə ağır yol qəzası: 6 nəfər xəsarət aldı
Şəkidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, fevralın 13-ü axşam saat 19:30 radələrində rayonun Baş Göynük avtomobil yolunda “VAZ” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzadan sonra avtomobillərdə olanlar: Şəki rayonu Baş Şabalıd kənd sakini 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı 1987-ci il təvəllüdlü Reyhanə Səlimova, Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov, Cəbrayılın anası 1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan CəbrayılHəsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.
Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduqlarından onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu