Sumqayıtda qadını zorlayıb öldürən manyaka AĞIR CƏZA TƏLƏBİ
Bizi izləyin

Hadisə

Sumqayıtda qadını zorlayıb öldürən manyaka AĞIR CƏZA TƏLƏBİ

Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Fəttah Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra Fəttah Nuriyev tərəfindən öldürülən Sevda Bayramovanın hüquqi varisi çıxış edib. O, Fəttah Nuriyevin ömürlük azadlıqdam məhrum edilməsini tələb edib.

Məhkəmə Fəttah Nuriyevə son sözlə çıxış etmək üçün söz verib. Lakin o, çıxışa hazır olmadığını deyib. Bu səbəbdən məhkəmə ona çıxışa hazırlaşmaq üçün vaxt verib.

Növbəti proses fevralın 23-də davam edəcək.

İttihama görə, ötən il avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini, 1982-ci il təvəllüdlü Sevda Bayramovanın meyiti tapılıb. Sumqayıt şəhər prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib. Görülən tədbirlər nəticəsində Fəttah Nuriyev tutulub.

Məlum olub ki, Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Sevda Bayramovanın qışqırtı səsinin başqaları tərəfindən eşidilməməsi üçün Fəttah Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb. Qatil Sevda Bayramovanın meyitini orada qoyaraq qaçıb.

Qətlə yetirilən Sevda Bayramova iki uşaq anası olub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 149.1-ci (zorlama), 1501.1-ci (seksual xarakterli hərəkətlər etmə), 181.1-ci (quldurluq) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm