Hadisə
Ağsuda dələduzluq edənlər saxlanıldı
Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Ağsu rayon Polis Şöbəsinə edilən şikayətlər nəticəsində araşdırma aparılıb. Məlum olub ki, Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov “Fakt Araşdırıcı N” MMC adlı şirkət yaradaraq sahibkarlıq obyektlərində qanunsuz yoxlama aparıblar. Onlar Ağsu şəhərində fəaliyyət göstərən sahibkar Cəlal Şahbazova məxsus ət dükanı və Əlvan Həmidova məxsus ərzaq mağazalarına daxil olub orada işçilərin müqavilələrinin olmaması, vaxtı keçmiş məhsulların satılmasını bəhanə edərək həmin obyektlərin sahiblərindən hər ay 25 manat pul köçürmələrini, əks təqdirdə bununla bağlı dövlət orqanlarına məlumat verəcəklərini deyərək hədə-qorxu gəliblər. Bundan sonra sahibkarlar Ağsu rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir