Hadisə
Bakıda övladları ilə görüşə bilməyən ata canına qəsd etdi - - FOTO/VİDEO
Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən intihar hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1978-ci il təvəllüdlü Seyidov İbrahim Əbdüləziz oğlu Yasamal rayonu, Murtuza Muxtarov küçəsində bıçaqla ürək nahiyəsinə zərbə vuraraq intihara cəhd edib.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə korpusuna, əməliyyat olunduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Seyidov ayıldıqdan sonra xəstəxananın 4-cü mərtəbəsində pəncərəyə çıxaraq özünü oradan yerə atıb. Kişi hadisə yerində dünyasını dəyişib.
İntihara İ.Seyidov ilə keçmiş həyat yoldaşı arasında mübahisə səbəb olub. Onlar bir müddət öncə boşanıb. İ.Seyidov dəfələrlə azyaşlı uşaqlarını görmək istəsə də, buna nail ola bilməyib və sonda intihar etmək qərarına gəlib.
Mərhum bu sözləri intihara cəhd etdikdən sonra yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilərkən həkimlərə deyib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi