Özünü 4-cü mərtəbədən atan şəxs sağ qaldı - CƏLİLABADDA
Bizi izləyin

Hadisə

Özünü 4-cü mərtəbədən atan şəxs sağ qaldı - CƏLİLABADDA

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov özünü yaşadığı 4 mərtəbəli binadan ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm