Şamaxıda qəza: yaralılar var
Bizi izləyin

Hadisə

Şamaxıda qəza: yaralılar var

Şamaxıda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Şamaxı yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Hüseynov Ramin Zinhar oğlunun idarə etdiyi 10-ZT-052 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı sakini, 1986-cı il təvəllüdlü Sayılov Xəyal Əliqardaş oğluna məxsus 10-UU-560 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Xəsarət alan şəxslərin kimliyi hələ ki, məlum deyil. Hadisə barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm