Bakıxanovda oğru iş başında YAXALANDI - FOTO
Bizi izləyin

Hadisə

Bakıxanovda oğru iş başında YAXALANDI - FOTO

Aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində xidmət aparan mühafizə polisinin əməkdaşları naməlum şəxsin köşklərdən birindən oğurluq etməsinin şahidi olublar.

Publika.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq bölməyə təhvil verilib. Bölmədə onun şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, oğurluq etməyə cəhd göstərən şəxs Gürcüstan vətəndaşı Nicat Yolçuyevdir.

Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm narkotik maddə olan qurudulmuş marixuana və kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm