MTN generallarına hökm oxundu - 67 illik HƏBS - (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

MTN generallarına hökm oxundu - 67 illik HƏBS - (YENİLƏNİR)

Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-nin digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər - Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, həmin idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəzaya məhkum ediliblər.

Şərti cəza alan təqsirləndirilən şəxs məhkəmə iclas zalından azadlığa buraxılıb.

***

Publika az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya bir aydan artiq keçirdiyi müşavirəni başa çatdırıb və təqsirləndirilən şəxslərin barəsində hökm elan etmək üçün məhkəmə zalına gəlib.

Prosesə təqsirləndirilən şəxslər kanvoy müşayəti ilə gətiriliblər. Onlardan biri Natəvan Mirvətova polis nəzarətində olduğu üçün sərbəst qaydada özü məhkəməyə gəlib.

Natəvan Mirvətova jurnalistlərə açıqlama verməyib və danışmayacağını deyib.

Prosesə cinayət işi üzrə zərərçəkmişlər də gəlib. Jurnalistlər prosesə buraxılmayıb. Buna səbəb cinayət işində bəzi dövlət sirlərinin olması əsas gətirilib.

Generalların hökmü Sabunçu rayon Məhkəməsinin inzibatı binasında elan edilir. Bu, təhlükəsizlik tədbirləri ilə bağlıdır. Məhkəmənin binası xüsusi olaraq ciddi mühafizə olunur. Məhkəməyə gələnlər əvvəlki günlərə nisbətən daha ciddi yoxlanılır.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün hökm elan ediləcək.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya müşavirəni aprelin 19-da başa çatdırıb və tərəflərə hökmün bu gün elan edələcəyi barədə məktub göndərilib.

Hökmün elanı Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.

Cinayət işində bəzi dövlət sirri təşkil edən məlumatlar olduğu üçün proseslər qapalı keçirilib. Bu səbəbdən hökmün elanının da qapalı keçiriləcəyi, jurnalistlər və ictimayyət nümayəndələrinin prosesə buraxılmaması gözlənilir.

Qeyd edək ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13 , Natiq Alıyevin 14, Fərhad Atayevin 7il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Prokuror zamində olan Natəvan Mirvətovanın həbs edilməsini istəyib. Həmçinin təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi təklif edilib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm