Ötən gün 78 cinayət törədilib - AZƏRBAYCANDA
Bizi izləyin

Hadisə

Ötən gün 78 cinayət törədilib - AZƏRBAYCANDA

Ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 13-ü “isti izlər”lə açılmışdır.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata əsasən, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm