Hadisə
Bakıda Avropa çempionundan DƏHŞƏTLİ ƏMƏL: maşın saxlamaq üstündə dostu ilə mübahisə etdi və...
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilinən 1983-cü il təvəllüdlü Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Xətai Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xətai Məmmədov Nərimanov rayonunda dostu Niyaməddin Rüstəmovla şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı o, dostuna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, hadisəyə səbəb maşın saxlamaq üstündə baş verib. Qonşu olan dostlar bir biri ilə maşın saxladıqları yer üstündə mübahisə ediblər. Mübahisə qanlı hadisə ilə başa çatıb.
Xətai Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Xətai Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.
Hacı Zeynalov
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi