FHN 4 nəfəri ölümdən qurtardı - ŞAMAXIDA
Bizi izləyin

Hadisə

FHN 4 nəfəri ölümdən qurtardı - ŞAMAXIDA

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər UAZ markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar vətəndaşların xilas olunmasını təmin ediblər və əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm