Şəkidə "Mercedes"lə "Ford" toqquşdu
Bizi izləyin

Hadisə

Şəkidə "Mercedes"lə "Ford" toqquşdu

Şəkidə ağır yol qəzası baş verib.

Publika.az FHN-ə istinadən xəbər verir ki, rayonun Oraban kəndində "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilinin sürücüsünə yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm