Hadisə
Gəncədə bağçadakı hadisəyə görə 2 nəfər işdən çıxarıldı - FOTO - (YENİLƏNDİ)
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib. (report)
***
Gəncə şəhərində 31 saylı bağçada uşağın üzünə dağ basılması iddiası ilə bağlı açıqlama verilib.
Bağçanın müdiri Günay İsmayılova bildirib ki, hadisə iyunun 21-də baş verib, amma dağ basılması iddiası yalandır: “Körpələr qrupunda olan azyaşlı Hüseyn Əliyev Sara Mustafazadəni dişləyib. Baxçanın böyük tibb bacısı ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.
Hazırda körpənin vəziyyəti yaxşıdır.
Bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə buraxdıqları səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən azad ediliblər”. (qafqazinfo)
***
Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib.
Publika.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.
Qeyd olunur ki, Gəncə şəhər 31 saylı usaq bağçasında müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb.
Valideynin şikayətinə cavab olaraq müəllimə deyib ki, Saranın üzünü digər uşaq dişləyib. Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?