Salyanda faciə: 18 yaşlı oğlan öldü
Bizi izləyin

Hadisə

Salyanda faciə: 18 yaşlı oğlan öldü

Salyanda avtomobil piyadanı vurub.

Publika.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, keçinib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm